Tətildə turistlər hansı bölgələrə üz tutur?

Tətildə turistlər hansı bölgələrə üz tutur?
29.12.2025 17:57 Туризм

Qış tətili günləri yaxınlaşdıqca həm yerli sakinlər, həm də Azərbaycana səfər edən əcnəbi turistlər ölkənin dağlıq bölgələrinə üz tutmağa başlayır. Qarlı mövsümün yaratdığı xüsusi atmosfer, eləcə də müxtəlif istirahət və əyləncə imkanları bu əraziləri səyahət üçün daha cəlbedici edir.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, qış aylarında dağlıq bölgələrdə turizmin canlanmasında aktiv istirahət növləri mühüm rol oynayır. 


Onun sözlərinə görə, xizək sürmək, kanat yolları ilə gəzinti, qar maşınlarından istifadə və digər qış fəaliyyətləri turistlərin maraq dairəsindədir:

"Qış mövsümündə bölgələrdə təşkil olunan müxtəlif festivallar da turist axınına ciddi töhfə verir. Bu festivallar qış turizminin inkişafına xidmət etməklə yanaşı, turistlərə həm əyləncəli, həm də mədəni baxımdan zəngin təcrübə təqdim edir. Ümumiyyətlə, təkcə qış aylarında deyil, yaz və yay mövsümlərində də bölgələrdə mövsümə uyğun festivallar keçirilir".

Ekspert vurğulayıb ki, yay tətilinin uzunmüddətli olması insanlara yeni məkanları kəşf etmək imkanı yaradır:

"Bu dövrdə dağlıq bölgələrə səfər edən turistlər təmiz havadan, təbiət mənzərələrindən və müxtəlif tədbirlərdən zövq alırlar. Xüsusilə meyvə və çay festivalları kimi mövsümi tədbirlər böyük maraqla qarşılanır. Bayram günləri də bölgələrdə turizmin inkişafına mühüm təsir göstərir. Yeni il və Novruz bayramı kimi milli bayramlar turist axınını xeyli artırır. Bu günlərdə bölgələrdə təşkil olunan konsertlər, şou proqramlar və xüsusi bayram tədbirləri həm yerli sakinləri, həm də turistləri cəlb edir".

Sonda Əziz Şiriyev qeyd edib ki, bu cür tədbirlər yalnız yerli iqtisadiyyatın canlanmasına deyil, eyni zamanda Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına da mühüm töhfə verir. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости