Trampın varisinin "gender" imtahanı: Qadınlar Vensi niyə sevmir?

Trampın varisinin "gender" imtahanı: Qadınlar Vensi niyə sevmir?
28.04.2026 13:19 Аналитика

I&I/TIPP sorğusunun aprel nəticələri maraqlı mənzərə ortaya qoyur və vitse-prezident J.D Vens üçün ziddiyyətli tendensiyaları göstərir.

Onun müsbət reytinqi 39,1 faizdir ki, bu da son 15 ayın orta göstəricisindən bir qədər yüksəkdir və ümumilikdə ən yaxşı nəticələrindən biri sayılır. Amma eyni zamanda mənfi reytinq 41,9 faizə qalxaraq rekord səviyyəyə çatıb və nəticədə xalis reytinq mənfi zonaya düşərək -2,8 faiz olub. Halbuki 2025-ci ildə orta hesabla bu göstərici müsbət idi, 2026-cı ildə isə artıq mənfi istiqamətdə dəyişib və bu da ilin əvvəlindən zəifləmə tendensiyasını göstərir.


Bu geriləmənin əsas səbəblərindən biri kimi İran ətrafında artan gərginlik və mümkün müharibə ehtimalları göstərilir. Donald Tramp administrasiyasının Yaxın Şərq siyasəti fonunda xüsusilə demokratlar və müstəqil seçicilər arasında Vensə qarşı narazılıq artıb.

Buna baxmayaraq Respublikaçılar arasında vəziyyət əksinədir və Vensin xalis reytinqi bu qrupda çox yüksək səviyyədə qalır. O, təkcə öz elektoratını qorumaqla kifayətlənmir, hətta onu daha da möhkəmləndirir və bu da gələcək ilkin seçkilər üçün ciddi üstünlük sayılır.


Kişilər arasında dəstək hələ də müsbət qalır, baxmayaraq ki, müəyyən zəifləmə hiss olunur. Ağdərili və işçi sinfinə yaxın seçicilər arasında da mövqe nisbətən sabitdir. Amma qadınlar arasında vəziyyət daha çətindir və burada xalis reytinq açıq şəkildə mənfidir. Bu isə Respublikaçılar üçün yeni olmasa da, Vens üçün xüsusi problem olaraq qalır.


Ən zəif nəticə isə müstəqil seçicilər arasındadır, lakin bu qrup daha dəyişkən olduğuna görə gələcəkdə mövqelərinin dəyişməsi mümkündür. 2028 perspektivinə baxanda Vens hələ də Respublikaçılar daxilində əsas favorit kimi görünür.

Sorğulara görə o, açıq fərqlə öndədir və bu da partiya daxilində müəyyən konsolidasiya yarandığını göstərir. Bununla yanaşı ümumi seçici kütləsində reytinqin mənfiyə düşməsi risk olaraq qalır. Donald Tramp kimi güclü və mübahisəli fiqurun vitse-prezidenti olmaq ona həm dəstək verir, həm də əlavə yük yaradır.


Vens özünü daha intellektual və sakit siyasətçi kimi təqdim edir, amma fərqli siyasi üslub qurmaq üçün vaxt məhduddur.

Əsas məsələ onun bu mənfi fərqi 2028-ci ilə  qədər müsbətə çevirib-çevirməyəcəyidir. Bu mümkündür, çünki mənfi reytinqlər adətən daha tez dəyişir, Respublikaçı baza kifayət qədər sabitdir və vitse-prezident kimi uğurlu addımlar onun imicinə müsbət təsir göstərə bilər. Amma risklər də qalır və əgər xarici siyasətdə gərginlik, xüsusilə İran mövzusu davam edərsə, müstəqillər və qadınlar arasında mənfi fərq daha da arta bilər.

Ümumilikdə Vens hələ də siyasi oyunun içindədir, amma qarşıdakı dövr onun üçün həlledici olacaq. Əgər o, mövcud dəstəyi qoruyub genişləndirə bilsə, 2028 seçkilərinə güclü mövqedən daxil ola bilər, əks halda isə hətta partiya daxilində rəqabət daha sərt hala gələ bilər.   

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
05 июня 2026
Иран и Азербайджан пытаются столкнуть лоб в лоб — ГЛОБАЛЬНЫЕ СИЛЫ РАЗОБЛАЧЕНЫ 15:22 Чего CNN хочет от Азербайджана? — РЕАКЦИЯ 14:57 Кочарян слил данные Баку и погубил около 100 армянских военных 14:24 Если бы азербайджанские депутаты были избирателями в Армении: какими были бы их требования к кандидатам? 13:22 Атакованы суда с 25 нашими гражданами на борту: 5 человек погибли, есть раненые 13:29 Шаги 300 тысяч азербайджанцев послышались в Ереване: Карапетян озвучил цифру 12:26 В Азовском море атакованы суда с азербайджанцами: есть погибшие 11:16 Впервые в истории НХЛ: первые два матча финала ознаменовались рекордом! 11:13 Россия и Иран в тревоге: Иран оказался бессилен перед Зангезурским коридором 10:35 Из Азербайджана в Армению отправлено дизельное топливо 17:48 Заявления Натали Алексанян: военнослужащие 102-й базы, реваншисты и террористы… 17:19 Должен был разгромить врага и уступить власть Народному фронту или сдать земли и прийти к власти? — феномен Сурета Гусейнова 14:38 Захид Орудж в качестве «избирателя» выдвинул армянским кандидатам требование из 6 пунктов 13:42 Ереван идет на выборы во хмелю – французский народ кайфует... 13:04 Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Все новости