TƏCİLİ: Tacikistan-Əfqanıstan sərhədində qanlı atışma — Yeni müharibə ola bilərmi ?

TƏCİLİ: Tacikistan-Əfqanıstan sərhədində qanlı atışma — Yeni müharibə ola bilərmi ?
25.12.2025 17:42 Аналитика

Tacikistan-Əfqanıstan sərhədində atışma baş verib, iki sərhədçi həlak olub, üç silahlı şəxs zərərsizləşdirilib, silah və sursatlar müsadirə edilib; Tacikistan Kabildən üzr və sərhəd təhlükəsizliyinin gücləndirilməsini tələb edib.


Bəs  bu insident Tacikistan-Əfqanıstan arasında real geniş münaqişəyə səbəb ola bilərmi ?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Şakir Ağayev bildirib ki, hadisə region üçün təhlükə yaratsa da, geniş münaqişəyə səbəb olmayacaq:


"Bu hadisə region üçün gözlənilməz olmasa da, Mərkəzi Asiya üçün sözsüz ki, çox üzücüdür. Lakin hesab etmirəm ki, bu genişmiqyaslı münaqişəyə səbəb ola bilər. Bu həm Tacikistanın, həm də Əfqanıstanın maraqlarına uyğun deyil".

O qeyd edib ki,  Əfqanıstan tərəfdən qonşu dövlətlərə qarşı atışmalar baş verir. Orada tam hökumət formalaşmayıb və müxtəlif silahlı qruplaşmalar Tacikistan, Pakistan və İranla sərhəd münaqişələrində tez-tez iştirak edirlər. Amma yenə də hesab etmirəm ki, bu, geniş münaqişəyə yol açacaq.

Analitik vurğulayıb ki, Mərkəzi Asiyada təhlükə daim mövcuddur:

"Bu hadisə bir daha göstərir ki, Mərkəzi Asiya həssas bir regiondur və orada müxtəlif terror qruplarının fəaliyyəti həmişə təhlükə mənbəyi olacaq. Eyni zamanda, bu, müəyyən dairələrin təxribat xarakterli hərəkəti də ola bilər. Mərkəzi Asiya bu gün Rusiya, ABŞ və Avropa İttifaqı tərəfindən diqqətlə izlənilir".

Ş.Ağayev sonda qeyd edib ki, münaqişə böyük dövlətlərin marağında deyil: 


"Buna baxmayaraq, hesab edirəm ki, regionda ciddi marağı olan dövlətlər, o cümlədən Çin, geniş münaqişənin baş verməməsi üçün çalışacaq, çünki bu, onların maraqlarına uyğun deyil və geniş vüsət almasını istəmirlər".

 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости