Rusiyanın Ukraynada yeni idarəçilik arzusu: ABŞ və Aİ nə deyəcək?

Rusiyanın Ukraynada yeni idarəçilik arzusu: ABŞ və Aİ nə deyəcək?
16.02.2026 16:36 Аналитика

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya hakimiyyətinin münaqişə nizamlandıqdan sonra Ukraynada müvəqqəti xarici idarəçiliyin tətbiqi imkanını müzakirə etməyə hazır olduğunu açıqlayıb.


O, bildirib ki, Ukraynada BMT himayəsi altında xarici idarəçilik ideyası yeni deyil və beynəlxalq praktikada oxşar presedentlər mövcuddur.

Qaluzinin sözlərinə görə, Rusiya ABŞ və Avropa ölkələri ilə birlikdə Kiyevdə belə bir mexanizmin tətbiqini müzakirə edə bilər. O qeyd edib ki, bu model demokratik seçkilərin keçirilməsinə və “fəaliyyət qabiliyyətli hökumətin” formalaşmasına şərait yarada bilər. Hazırda isə bu məsələ geniş şəkildə müzakirə olunmur.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev Mixail Qaluzinin səsləndirdiyi “Ukraynada müvəqqəti xarici idarəçilik” ideyasının siyasi baxımdan son dərəcə həssas və mürəkkəb olduğunu bildirib: 


“Bu təşəbbüs hazırkı geosiyasi reallıqda ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənə biləcək ideya deyil. Qərbin prinsipial mövqeyi Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Aİ müharibənin əvvəlindən Ukraynanın legitim hökumətini tanıdığını və dəstəklədiyini açıq şəkildə bəyan edib. BMT himayəsi altında xarici idarəçilik isə praktik olaraq mövcud hakimiyyətin legitimliyinin sual altına alınması və Ukraynanın, hətta müvəqqəti də olsa, suveren qərarvermə imkanlarının məhdudlaşdırılması kimi qəbul oluna bilər. Bu isə dolayısı ilə Rusiyanın “Ukraynada legitim hakimiyyət yoxdur” tezisinin qəbul edilməsi anlamına gələ bilər”.

Politoloq qeyd edib ki, BMT nəzarətində müvəqqəti idarəçilik presedentləri mövcuddur:

“Doğrudur, Kosovo (UNMIK), Şərqi Timor, Kamboca kimi nümunələr var. Amma bu hallar adətən dövlət institutlarının tam dağılması, vətəndaş müharibəsi və ya humanitar kollaps şəraitində, həmçinin tərəflərin razılığı əsasında tətbiq olunub. Ukraynada isə mərkəzi hökumət fəaliyyət göstərir, ordu və dövlət strukturları işləkdir, beynəlxalq legitimlik tanınır. Bu baxımdan presedent uyğunluğu zəifdir”.

Anar İsayev Qərbin mümkün reaksiyasına da toxunub:  


“Qərb rəsmi olaraq ideyaya ehtiyatlı və ya soyuq yanaşacaq və “Ukraynanın gələcəyini yalnız Ukrayna xalqı müəyyən etməlidir” xəttini vurğulayacaq. Seçkilər məsələsinin Ukrayna Konstitusiyasına uyğun həllini dəstəkləyə bilər, amma “xarici idarəçilik” terminindən qaçacaq. Müharibədən sonrakı seçkilərin beynəlxalq müşahidə altında keçirilməsi isə dəstəklənə bilər”.

Ekspert hesab edir ki, hazırkı siyasi konfiqurasiyada ABŞ və Aİ-nin bu təşəbbüsə razılıq verməsi real görünmür. Qərb üçün əsas prioritet Ukraynanın dövlət kimi davamlılığının qorunması və Rusiyanın hərbi nəticələr əldə etməsinin qarşısının alınmasıdır.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости