Ermənistan–Türkiyə sərhədi açılır? - RİSKLƏR

Ermənistan–Türkiyə sərhədi açılır? - RİSKLƏR
04.11.2025 14:57 Аналитика

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, ölkə Türkiyə ilə sərhədlərin açılması üçün bütün hazırlıqları tamamlayıb. Onun sözlərinə görə, bu addım bölgədə sabitliyin və iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edəcək.

Hazırda danışıqlar xüsusi nümayəndələr formatında davam edir, lakin sərhədlərin açılması üçün konkret tarix açıqlanmayıb.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əziz Əlibəyli bildirib ki, Azərbaycan və Türkiyə arasında bu istiqamətdə məsləhətləşmələr aparılır:

“Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana səfər etdi və paralel şəkildə hərbi elitanın səfərləri baş tutdu. Amma diqqət etsək görərik ki, iqtisadi və logistika addımları fonunda Ermənistan sərhəd bölgəsində mövqelərini gücləndirir və yeni silahlanmaya dair açıqlamalar yayır. Eyni zamanda Azərbaycan ordusunu gücləndirdiyini, yeni silahlarla təchiz olunduğunu göstərir”.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin sonuncu çıxışında Ermənistanla bağlı səsləndirdiyi fikirlər xəbərdarlıq kimi qiymətləndirilə bilər:

“Ermənistan cəmiyyətində hərbi ritorika artan kimi Azərbaycan bunu cəzalandırmağın yollarını yaxşı bilir. Bu ikili proses konkret nəticənin əldə olunmasını çətinləşdirir. Çünki Ermənistanın idarəetmə fəlsəfəsi bizə məlumdur. Ona görə də Türkiyə–Ermənistan sərhədlərinin açılması yalnız Azərbaycanla razılaşdırılaraq mümkün ola bilər. Bu proses elə şəkildə həyata keçirilməlidir ki, həm qalıcı nəticə versin, həm də Azərbaycan-Ermənistan münasibətlərini nəzərə alsın. Tək tərəfli addım atmaq və ya sürətlənmək də risklidir”.

Jalə Rövşən

ФОТО

Ermənistan–Türkiyə sərhədi açılır? - RİSKLƏR — 1
ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости