İstanbul macərası bitdi: Lanq “Napoli”yə qayıdır
Nоa Lanq “Qalatasaray” klubu ilə vidalaşıb.
TodayPress TV xəbər verir ki, niderlandlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərə təşəkkür edib.
Futbolçu icarə müddəti başa çatdıqdan sonra yenidən müqavilə ilə məxsus olduğu “Napoli” klubuna qayıtmaq qərarı verib.
Qeyd edək ki, Noa Lanq bu ilin yanvar ayından etibarən “Qalatasaray”ın formasını geyinirdi. O, İstanbul təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 2 qol vurub.
Namiq HUN