İslamiada: Stolüstü tennisçilərimiz bürünc medalla kifayətləndi
Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.
TodayPress TV xəbəri verir ki, komandamız Ər-Riyad turnirinin finalına aparan yolda Misir seçməsi ilə qarşılaşıb.
Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cütlük rəqibə 5:8 hesabı ilə uduzub.
Namiq HUN