İlkhan “Torino”nun gələcəyində əsas rol alacaq
“Torino” klubu müqaviləsi başa çatan Emirhan İlkhanı komandada saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Emirhan İlkhan başa çatan mövsümdə “Torino”nun heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN