Güləşçimiz rəqibinə şans tanımadı - İbrahim Həsənov finalda
Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi 1/2 final mərhələsində xalça üzərinə çıxıb.
TodayPress TV xəbər verir ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Həsənov belaruslu Yanis Şapartauya tam üstünlüklə (10:0) qalib gələrək finala yüksəlib.