Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə!

Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə!
01.06.2026 15:17

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının II mərhələsi keçirilib.

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan millisinin iki üzvü medal qazanaraq fəxri kürsüyə yüksəlib.

80 kq çəki dərəcəsində mübarizə aparan Sahib Dadaşov gümüş medala sahib çıxıb. Eyni çəkidə çıxış edən Vüsal Əliyev isə bürünc mükafat qazanıb.

Millinin digər üzvlərindən İslam İlyasov (+90 kq) turniri dördüncü pillədə başa vurub. Əşrəf Aşırov (90 kq) beşinci, Rübail İbrahimli (70 kq) isə doqquzuncu yeri tutub.

Namiq HUN

TodayPress TV