Məktəbdə BIÇAQLANMA: Cinayətkar 5-ci sinifdə oxuyur

Məktəbdə BIÇAQLANMA: Cinayətkar 5-ci sinifdə oxuyur
11.05.2026 16:02 Социум

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb

TodayPress TV xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib. Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.

(Teleqraf)