Bəzi şəxslərə PULSUZ mənzillər veriləcək

Bəzi şəxslərə PULSUZ mənzillər veriləcək
25.05.2026 22:20 Социум

Azərbaycanda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər veriləcək.

TodayPress TV-nin məlumatına görə, bununla bağlı müvafiq prosedurlara start verilib.

Belə ki, Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı, Salyan rayonunda 9 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satınalınması nəzərdə tutulur.

Belə ki, sözügedən satınalmaya xərclənəcək ilkin ehtimal olunan məbləğ 5 milyon 464 min 800 manatdır.

TodayPress TV