ADY-dən valideynlərə vacib xəbər: Uşaqlar üçün endirim və pulsuz biletlər

ADY-dən valideynlərə vacib xəbər: Uşaqlar üçün endirim və pulsuz biletlər
22.05.2026 18:46 Социум

"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.

TodayPress TV xəbər verir ki, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər.

5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.

Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.

Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости