Ağsuda ağır qəza - ÖLƏNLƏR VAR - YENİLƏNDİ

Ağsuda ağır qəza - ÖLƏNLƏR VAR - YENİLƏNDİ
26.05.2026 09:48

Ağsuda baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.

TodayPress TV xəbər verir ki, “BYD” markalı 77-NO-925 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayının qoruyucu daş-beton bəndinə çırpılıb. Avtomobil daha sonra bir neçə dəfə yuvarlanaraq Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində ölüb.

Digər iki sərnişin; 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

***

08:53

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb.

Daha sonra nəqliyyat vasitəsi aralıda yerləşən çay yatağına düşüb. Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb.

Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости