Rusiya Azərbaycanda yenidən baş konsulluq açır?
Rusiya Azərbaycanda baş konsulluq açmaq niyyətini yenidən gündəmə gətirib.
TodayPress TV-nin məlumatına görə, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Bakıdan Rus Evinin fəaliyyətinin bərpasına və Azərbaycanın şəhərlərindən birində Rusiyanın baş konsulluğunun açılmasına razılıq gözləyir.
Qeyd edək ki, 2024-cü ilin mayında Rusiya rəsmi şəkildə Xankəndidə baş konsulluq açmaq istədiyini bəyan etmişdi.
Azərbaycan tərəfi həmin vaxt təşəbbüsə ehtiyatla yanaşmış və bununla bağlı rəsmi razılıq verməmişdi.