Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək
25.05.2026 17:37 ПОЛИТИКА

Azərbaycan və Latviya Daxili İşlər Nazirlikləri (DİN) əməkdaşlıq edəcək.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.

Fərmanla bu ilin aprel ayının 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiqlənib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya hökumətinə bildiriş göndərəcək.

TodayPress TV