"Brent" neftinin qiyməti 70 dolları ötdü
Dünya bazarlarında neftin bahalaşması sürətlənib.
TodayPress TV xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti təxminən 2,37 % artaraq bir barel üçün 70,17 ABŞ dolları təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin mart fyuçerslərinin qiyməti 2 ABŞ dollarından çox artaraq bir barel üçün 65,42 ABŞ dolları olub.