Azərbaycanda elektrik kabellərinin istehsalı 9% azaldı
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 1,8 min ton elektrik kabeli istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.
TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 mart tarixində anbarlardakı hazır məhsul ehtiyatı 421 ton təşkil edib.
Qeyd etmək lazımdır ki, 2025-ci ildə ölkədə 13,2 min ton elektrik kabeli istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 8,5% çoxdur.