ABŞ-nin kommersiya neft ehtiyatları 420 mln. barelə endi
ABŞ-də kommersiya neft ehtiyatları 3 455 min barel azalıb və 420 299 min barel təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 000 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.