Poliklinikalarda yeni elektron növbə sistemi qurulur
“Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur”.
TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusundakı təlimdə çıxışı zamanı deyib.
O bildirib ki, artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır. Bu indiyədək qurulan sistemdən fərqlənir. Hazırda sistem texniki sınaqdan keçirilir:
“Sözügedən sistem növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq”.
Türkan İsgəndərli