74 yaşlı qadın gənc qalmağının sirrini açıqladı

74 yaşlı qadın gənc qalmağının  sirrini açıqladı
29.01.2026 19:30 Здоровье

74 yaşlı amerikalı aşpaz Babette Davis yaşından daha gənc görünməsinin sirrini açıqlayıb.

TodayPress TV   xəbər verir ki, bu haqda məqalə "Daily Mirror"da dərc olunub. 

Belə ki, Los-Ancelesdə yaşayan Davis kosmetik prosedurlardan və bahalı dəriyə qulluq vasitələrindən istifadə etmədiyini, hər şeyin pəhrizdən qaynaqlandığını bildirib.

Davis-in sirri hər gün qarpız yeməkdir. O deyib ki, mövsüm ərzində acqarına bütöv bir qarpız yeyə bilər və günə belə başlayır.

Qarpızlar güclü antioksidant olan likopenlə zəngindir, bu maddə kollagenin parçalanmasını yavaşladır və dərinin elastikliyini artırır. Həmçinin yüksək su tərkibi və C vitamini də dəri üçün faydalıdır.

Jalə Rövşən 

TodayPress TV