Astara Elektrik Stansiyasında istehsalın ümumi həcmi açıqlandı
Astara rayonunun Astara modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günə qədər 5,2 milyard kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə TodayPress TV-yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi gücü 87 MVt olan stansiya hər biri 8,7 MVt gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir.
Stansiya 2006-cı il fevralın 3-də istismara verilib.