Xəzərdə üçüncü dəfə zəlzələ oldu - YENİLƏNDİ
Xəzərdə üçüncü dəfə zəlzələ olub.
Bu barədə TodayPress TV-yə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:21-də qeydə alınıb.
3 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə olub.
***
13:42
Xəzərdə daha bir zəlzələ olub.
Bu barədə TodayPress TV-yə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.
3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.