Sumqayıtda qanunsuz tikilinin qarşısı alındı

Sumqayıtda qanunsuz tikilinin qarşısı alındı
18.04.2026 23:40

Sumqayıt şəhərində son günlər geniş ictimai müzakirələrə səbəb olan qanunsuz tikili ilə bağlı məsələ öz həllini tapıb.

TodayPress TV xəbər verir ki, şəhərin ən çox ziyarət edilən istirahət məkanlarından biri olan Nəsimi adına Mədəniyyət və İstirahət Parkında inşa edilən obyektin qanunsuz olduğu müəyyən edildikdən sonra dərhal söküntü işlərinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin apardığı  monitorinqlər nəticəsində məlum olub ki, sözügedən tikili müvafiq icazələr olmadan və şəhərsalma normalarına zidd şəkildə inşa edilib. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən obyektin ləğvi ilə bağlı qərar qəbul olunub.

Söküntü işləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin , Sumqayıt şəhər İcra Hakimiyyətinin, və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə həyata keçirilib. Proses zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub.

Hazırda park ərazisində təmizləmə və bərpa işlərinin aparılması da nəzərdə tutulur. Məqsəd ərazini əvvəlki vəziyyətinə qaytarmaq və sakinlərin rahat istifadəsini təmin etməkdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости