Sabiq bölmə rəisinə hökm oxundu

Sabiq bölmə rəisinə hökm oxundu
15.04.2026 15:23

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs altı min manat məbləğində cərimə edilib. İttiham tərəfi Azər Paşayevin tutduğu vəzifədən kənarlaşdırılmasını istəməyib.

Qeyd edək ki, Azər Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai və məhkəmə istintaql zamanı onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Azər Paşayevin adı Müdafiə Nazirliyinin “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyevin cinayət işində keçib. Belə ki, cinayət işi üzrə şahid qismində ifadə verən Murğuz Həsənovun şahid ifadəsi əsasında MN-in “İstirahət evi”nin sabiq rəisi İlham Haqverdiyev barəsində də cinayət işi başlanılıb. Sabiq rəis hazırda həbsdədir və məhkəmə istintaqı davam edir. Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi vəzifəini Murğuz Həsənov icra edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости