Qazaxda 18 yaşlı qız dəm qazından öldü
Qazaxda dəm qazından ölüm qeydə alınıb.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində baş verib.
Belə ki, kənd sakini - 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.