Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb
12.05.2026 09:44

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən TodayPress TV-yə verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

TodayPress TV