Güclü külək Bakıda ağacları sındırdı

Güclü külək Bakıda ağacları sındırdı
30.05.2026 13:05

29 may axşam saatlarından əsən güclü külək nəticəsində Bakıda 41 ağac sınıb, 64 ağacın budaqları zədələnib.

TodayPress TV xəbər verir ki, bu barədə Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Məlumata görə, səhərə qədər və hazırda Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları sınan ağacların götürülməsi və budaqların budanması ilə məşğuldur.

"Hazırda işlər davam edir. Bir neçə saata işlərin yekunlaşması nəzərdə tutulub", - deyə məlumatda qeyd edilib.

TodayPress TV