DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı
Martın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 pulemyot, 1 tapança, 5 qumbara, 2 qumbaraatan, 2 alışdırıcı, 17 tüfəng, 27 patron darağı və 591 ədəd müxtəlif çaplı patron aşkar edib.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.