Zəlzələnin vaxtını bilmək olmur — Qurban Yetirmişli

Zəlzələnin vaxtını bilmək olmur — Qurban Yetirmişli
15.05.2026 12:30

"Zəlzələlərin qısamüddətli (dəqiq saat və gün göstərən) proqnozlaşdırılması mümkün deyil”.

TodayPress TV xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə elə bir gün olmur ki, xırda təkanlar qeydə alınmasın. Hətta bir neçə saat ərzində 60-70 mikrozəlzələ baş verə bilir:

“Əslində, bu müsbət bir haldır, çünki yer qatlarında toplanan gərginlik məhz bu kiçik təkanlar vasitəsilə boşalır. Əgər hər bir kiçik təkana görə əhalini təxliyə etsək və fövqəladə tədbirlər görsək, bunun həm iqtisadi, həm də sosial baxımdan nə qədər böyük bir yük yaradacağını təsəvvür edin”.

Q.Yetirmişli orta müddətli proqnozlarda vəziyyətin fərqli olduğunu bildirib:

“Məsələn, biz 2000-ci ildə zəlzələ olacağını hələ aprelin 27-dən bilirdik. O zəlzələ həmin ilin noyabrın 25-də baş verdi. Eyni şəkildə 2012-ci ildə mayın 9-dan etibarən seysmik aktivliyin artdığını bilirdik və gözlənilən həmin zəlzələ oktyabrın 14-də baş verdi”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости