Şəhid Rafiq Cəfərov bu gün torpağa tapşırılacaq - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında, şəhidlər cərgəsində dəfn olunacaq.
Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Aparılan ekspertiza nəticəsində onun şəxsiyyəti müəyyən edilib.