Ət və süd məhsullarını alarkən EHTİYATLI OLUN! - XƏBƏRDARLIQ

Ət və süd məhsullarını alarkən EHTİYATLI OLUN! - XƏBƏRDARLIQ
03.11.2025 17:25

Son günlər dabaq xəstəliyi cəmiyyətdə narahatlıq yaradır. Xüsusilə də heyvan mənşəli xəstəliklərin insanlara keçməsi ilə bağlı qorxu hallarının artdığı müşahidə olunur.


Bəs həqiqətən bu xəstəlik insanlara keçə bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TodayPress TV-yə açıqlamasında qeyd edib ki, yer üzündə mövcud olan xəstəliklərin təxminən 75 faizi tarix boyu heyvan mənşəli olub, yəni heyvanlardan insanlara keçib. Dabaq da həmin xəstəliklərdən biridir. 


Onun sözlərinə görə, dabaq yeni deyil və lazımi gigiyenik qaydalara əməl olunduğu halda, insan sağlamlığı üçün ciddi təhlükə yaratmır: 

"Ancaq insanın əlində yara və ya xırda bir cızıq olduqda, xəstə heyvanın dərisinə, ağzına, selikli qişasına və ya ətinə toxunmaq yoluxma riskini artırır. Eyni zamanda, immun sistemi zəif olan şəxslər xəstə heyvana çox yaxın məsafədə olduqda nəfəs məsafəsində virusun keçməsi mümkündür".

Mütəxəssis vətəndaşlara tövsiyə edib ki, ət və süd məhsullarını alarkən ehtiyatlı davransınlar, lakin panikaya qapılmasınlar:


"Sadəcə bu məhsullar mütləq şəkildə yaxşı bişirilməli və ya qaynadılmalıdır. Yüksək temperaturda bişirilən və ya qaynadılan ət və süd məhsullarında dabaq virusu məhv olur. Buna görə də kifayət qədər istilikdə emal olunan məhsullardan istifadə etmək tam təhlükəsizdir".

Eyyub Hüseynov vurğulayıb ki, əsas məsələ düzgün emal və gigiyenik qaydalara əməl etməkdir. Bu halda dabaq xəstəliyinin insanlara keçməsi riski minimuma enir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости