Uğur İbrahim Altay: “Mənzil təminatı müştərək siyasi məsuliyyətdir”

Uğur İbrahim Altay: “Mənzil təminatı müştərək siyasi məsuliyyətdir”
18.05.2026 09:35

“Əgər mənzil təminatı müştərək bir siyasi məsuliyyətdirsə, o zaman bu sahənin necə idarə olunacağı ilə bağlı daha güclü söz haqqına sahib olmalıyıq. Təşkilatımız adından yerli məsuliyyətləri – effektiv fəaliyyət göstərə bilmək üçün zəruri olan səlahiyyət, maliyyələşmə və institusional tanınma ilə uzlaşdıran daha güclü, çoxsəviyyəli idarəetmə mexanizmlərinin qurulmasına çağırış edirik”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Assambleyaların bağlanış mərasimi"ndə (Closing of assemblies) Türk Dünyası Bələdiyyələr Birliyinin prezidenti, Beynəlxalq Kənd Təsərrüfatı Şəhərləri Birliyinin prezidenti Uğur İbrahim Altay deyib.

Birlik prezidenti çıxışında desentralizasiya olunmuş (yerindən) idarəetmə orqanları arasındakı əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib:

“Regionlar arasında bağ quran, qarşılıqlı təcrübə mübadiləsini gücləndirən və müştərək həll yollarının yaygınlaşmasını təmin edən bu əməkdaşlığın transsformasiyaedici və konkret bir vasitə olduğunu bir daha vurğulayırıq. Bu çərçivədə, bu il keçiriləcək yüksəksəviyyəli siyasi forumda DİM-in (Dayanıqlı İnkişaf Məqsədləri) 11-ci məqsədinin (Dayanıqlı şəhərlər və icmalar) yenidən nəzərdən keçirilməsinin vacibliyini xüsusilə xatırlatmaq istərdik. Müvafiq mənzil təminatının qlobal gündəliyin ayrılmaz bir hissəsi kimi qəbul edilməsi zəruridir. Çünki mənzil məsələsi inklüziv, dayanıqlı və insan ləyaqətinə yaraşan şəhər həyatını mümkün edən daha geniş şərtlərin fundamental elementlərindən biridir”.

Yeni Şəhərsalma Gündəliyinin (New Urban Agenda) 10 illik nəzərdən keçirilməsi prosesinə toxunan rəsmi qonaq, icra prosesinin önündə dayanan struktur maneələrini qeyd edib:

“Bu proses sadəcə formal bir qiymətləndirmə ilə məhdudlaşmamalı; icra prosesinin önündə hələ də maneə yaradan struktur problemləri ilə səmimi və qətiyyətli şəkildə yüzləşməlidir. Zəif yerli idarəetmə strukturları, parçalanmış səlahiyyət sahələri, məhdud maliyyə resursları, mənzil və torpaq sahələrinin maliyyələşdirilməsi ilə yanaşı, qeyri-kafi çoxsəviyyəli idarəetmə mexanizmləri bu maneələrin başında gəlir”.

Yeni şəhərsalma gündəliyinin əsas prinsiplərinin qəbul edilməsindən 10 il keçməsinə baxmayaraq hələ də öz aktuallığını qoruduğunu bildirən Uğur İbrahim Altay bəyanatını bu çağırışla tamamlayıb:

“Bizim bu gündəliyə olan sadiqliyimiz bu gün də Kitodakı (Quito) qədər güclüdür. Bu səbəbdən biz, sadəcə bir gündəliyi dəstəkləyən deyil, həm də onun həyata keçirilməsini təmin edən aktiv tərəflər olmaq qətiyyətimizi bir daha nümayiş etdiririk. İrəli sürdüyümüz öhdəliklər eyni zamanda güclü bir çağırışı da ehtiva edir. Bu, şəhərsalma öhdəliklərinin reallaşdırılması üçün lazımi çərçivələri formalaşdıran siyasi aktorlar və idarəetmə pillələri kimi tanınmaq çağırışıdır. Bu səbəbdən, yerli və regional idarəetmə orqanlarının yeni şəhərsalma gündəliyinin monitorinqi və nəzərdən keçirilməsi proseslərinə töhfə verdiyi əsas mexanizm kimi dünya meclisi daha da gücləndirilməlidir”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости