Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.
TodayPress TV xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.