Fergus Auldun diplomatik fəaliyyəti başa çatdı
Böyük Britaniyanın səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə səfir özünün "X" hesabında yazıb.
O paylaşdığı videomüraciətdə deyib:
"Bu gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyində son iş günümdür. Hər şey üçün təşəkkür edirəm! Azərbaycan mən gedəndən sonra da uzun müddət qəlbimdə qalacaq".