Dünyada 3 milyard insan adekvat mənzil şəraitindən məhrumdur

Dünyada 3 milyard insan adekvat mənzil şəraitindən məhrumdur
19.05.2026 15:54

“Biz bir fermerdən və ya bir zavod fəhləsindən danışırıq ki, o, layiqli həyat sürə bilsin. Bu, nəhəng bir texnologiya deyil, layiqli həyat ideyasıdır. Bizim apardığımız müzakirələrin əsas məqsədi də məhz budur”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "D-8-in yüksək səviyyəli enerji və şəhər dialoqu: D-8 regionunda dayanıqlı şəhərlərin gücləndirilməsi və enerji keçidlərinin şəhərsalma gündəliyi ilə uyğunlaşdırılması" adlı tədbirdə moderator qismində çıxış edən Pakistanın İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası üzrə Federal Naziri Dr. Musadik Məsud Malik deyib.

Nazir qeyd edib ki, əsas məqsəd insanlara ləyaqətli bir həyat bəxş etməkdir:

“Ləyəqətli həyat dedikdə biz infrastrukturla təchiz olunmuş, elektrikli, məktəbləri və klinikaları olan rahat bir sığınacağı nəzərdə tuturuq. Belə bir mühitdə insanlar, xüsusən də ailələr təhlükəsiz şəkildə işlərinə gedib-gələ və gələcəklərini qura bilərlər”.

Dr. Musadik Məsud Malik qlobal miqyasda mövcud olan ciddi mənzil çatışmazlığı probleminə diqqət çəkib:

“Bəzi reallıqları nəzərə almalıyıq. Hazırda dünyada təxminən 3 milyard insan təhlükəsiz sığınacağa və adekvat mənzil şəraitinə malik deyil”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости