Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20.05.2026 22:04

Azərbaycan və Dünya Bankı arasında M3 magistral avtomobil yolunun Biləsuvar-Astara hissəsinin bərpası üzrə potensial maliyyələşmə imkanları nəzərdən keçirilib və regional nəqliyyat dəhlizlərinin iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rolu vurğulanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, enerji və nəqliyyat sektorlarında həyata keçirilən birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər müzakirə olunub. Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

S.Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla inkişaf etdiyini qeyd edib. O, enerji sektoru üzrə əməkdaşlığın əhəmiyyətinə toxunaraq "AZURE" layihəsinin Azərbaycanın yaşıl enerji keçidi strategiyasında xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin milli elektrik ötürücü şəbəkəsinə inteqrasiyası, elektrik ötürücü infrastrukturunun genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir.

Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Regional bağlantı və inkişaf" layihəsinə toxunan S.Babayev Salyan-Biləsuvar yol dəhlizinin yenidən qurulmasının başa çatdırılmasının regional bağlantıların gücləndirilməsi və logistika infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Öz növbəsində R.Prays Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, enerji infrastrukturu, iqlim dayanıqlığı, yaşıl inkişaf, sosial müdafiə, məşğulluq və insan kapitalının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Dünya Bankının WUF13-də iştirakının dayanıqlı şəhərsalma və infrastruktur inkişafı sahəsində tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Tərəflər həmçinin gələcək strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan və Dünya Bankı arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости