Bakıda Hindistanın 77-ci Respublika Günü qeyd olundu
Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi ölkənin 77-ci Respublika Günü münasibətilə rəsmi tədbir təşkil edib.
TodayPress TV xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Hindistanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə diplomatik korpusun nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Açılış nitqi ilə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan tədbirin əhəmiyyətinə toxunaraq deyib ki, 77-ci Respublika Günü onlar üçün demokratiya və tərəqqinin özülü, önəmli bir hadisədir.