Bakıda Bioloji Müxtəliflik Günü ilə bağlı tədbir təşkil olundu

Bakıda Bioloji Müxtəliflik Günü ilə bağlı tədbir təşkil olundu
22.05.2026 20:54

Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – “Dünyanın İdman Paytaxtı” və “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib.

TodayPress TV xəbər verir  ki, “Sea Breeze Resort” ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk "dəmir adamı" (Ironman) Firdovsi Kərimov çıxış ediblər. Aksiyaya qoşulan hər kəsə təşəkkür ediblər və üzgüçülüyün sağlam həyat tərzində rolunu qeyd ediblər.

Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости