Dilarə Əliyeva: “Rasim Balayevin yaratdığı miras yaşayacaq”
“Rasim Balayev tarixi şəxsiyyətləri o qədər ustalıqla, məharətlə canlandırdı ki, biz bundan sonra da onun yaratdığı obrazlara yeni gözlə baxacağıq”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın əməkdar artisti Dilarə Əliyeva Xalq artisti Rasim Balayevin dəfn mərasimində deyib.
O, sənətkarın irsinin gələcək nəsillər üçün də yaşayacağını vurğulayıb:
“İllər boyu dediyi, amma bizim hələ görə bilmədiyimiz məqamlar var. Bu gün Rasim müəllim torpağa tapşırıldı, amma sanki Azərbaycan kinosu yenidən canlandı. İnsanlar onun filmlərini paylaşır. Bu, xalqın ona olan sevgisidir. Onun ruhunu hər zaman şad etmək bizim boynumuzun borcudur”.
Qiymət Mahir