Azərbaycanda Özbəkistan Mədəniyyət Günləri keçirilir
Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi baş tutub.
TodayPress TV xəbər verir ki, tədbir Bakıda, Heydər Əliyev Sarayında təşkil olunub.
Açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Özbəkistanın zəngin mədəni irsini əks etdirən konsert proqramı təqdim olunub, milli musiqi və rəqs nümunələri nümayiş etdirilib.
Bildirilib ki, Mədəniyyət Günləri təkcə Bakı ilə məhdudlaşmayacaq. Tədbirlər bir həftə ərzində Bakı ilə yanaşı Füzuli şəhərində də keçiriləcək. Bu mədəni proqram Azərbaycan–Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Qiymət Mahir