ABŞ-nin müvəqqəti işlər vəkili Qubada Gümbəzli hamamı ziyarət etdi

ABŞ-nin müvəqqəti işlər vəkili Qubada Gümbəzli hamamı ziyarət etdi
30.01.2026 16:05 Культура

ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Qubaya səfəri çərçivəsində XIX əsrə aid tarixi Gümbəzli hamamı ziyarət edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

O, həmçinin yerli hakimiyyət orqanlarının nümayəndələri, ABŞ-nin təhsil və mədəni mübadilə proqramlarının məzunları ilə görüşüb.

Görüşlərdə ABŞ şirkətləri üçün investisiya imkanları, Amerika təhsilinin üstünlükləri, idman və mədəni sahədə əməkdaşlığı, eləcə də iki ölkə arasında insanlararası əlaqələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, Gümbəzli hamamı 2018-ci ildə ABŞ-in Azərbaycandakı səfirliyinin Mədəni İrsin Qorunması üzrə Səfir Fondu tərəfindən bərpa olunub.

TodayPress TV

ФОТО

ABŞ-nin müvəqqəti işlər vəkili Qubada Gümbəzli hamamı ziyarət etdi — 1
ABŞ-nin müvəqqəti işlər vəkili Qubada Gümbəzli hamamı ziyarət etdi — 2
ABŞ-nin müvəqqəti işlər vəkili Qubada Gümbəzli hamamı ziyarət etdi — 3
ABŞ-nin müvəqqəti işlər vəkili Qubada Gümbəzli hamamı ziyarət etdi — 4
ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости