"Lego" ilk "Pokemon" dəstini təqdim etdi
“Lego” franşizanın 30 illik yubileyinə həsr olunmuş ilk "Pokemon" oyuncaqlarını təqdim edib.
TodayPress TV xəbər verir ki, yeni kolleksiya 27 fevraldan satışda olacaq.
Kolleksiyada üç konstruksiya dəsti var:
- "Pikachu" və "Poke Top" – 2050 hissə
- "Eevee" – 567 hissə
- Ən böyük dəst – 6838 hissə, içində "Venuzavr", "Çarizard" və "Blastoys" personajları var
Dəstlərin qiyməti 60-650 dollar arasında dəyişir.
Türkan İsgəndərli