Günəşdə dörd güclü alovlanma baş verdi
Günəş qısa zaman ərzində dörd güclü "X" sinifli alovlanma yaradıb.
TodayPress TV xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb.
Bu hadisələr yaxın günlərdə qeyri-sabit kosmik hava şəraitinə səbəb ola bilər.
İlk "X1.0" sinifli alovlanmadan təxminən 11 saat sonra daha güclü "X8.1" alovlanması baş verib. 2 fevralda daha iki alovlanma müşahidə olunub.
Qeyd edək ki, "X" sinifli alovlanmalar Günəşdə baş verən ən güclü partlayışlar hesab olunur
Türkan İsgəndərli