Qeyri-yaşayış sahələri üçün əmlak vergisi artırılacaq - TƏKLİF

Qeyri-yaşayış sahələri üçün əmlak vergisi artırılacaq - TƏKLİF
16.01.2026 15:15 Финансовые

Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

Təmraz Tağıyev deyib ki, Nərimanovda 1000 kv metr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə 500 manat ödəyir:

"Ona görə, qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu bələdiyyələrə də əlavə dəstəkdir".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости