Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
30.12.2025 15:33 Финансовые

Birbank Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müştərilərinin alış-veriş təcrübəsini daha da sərfəli edəcək kampaniyaya start verir.

TodayPress TV xəbər verir ki, 29 dekabr 2025-ci il tarixindən 15 yanvar 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində bütün növ Birbank taksit kartı sahiblərinə partnyor mağazalarda etdikləri ödənişləri heç bir komissiya olmadan daha uzun müddətə bölmək və əlavə xərclərdən azad olmaq imkanı yaradılır.

Kampaniyanın şərtlərinə əsasən, qeyd olunan tarixlərdə Birbank-ın geniş partnyor şəbəkəsində taksitlə alış-veriş zamanı seçilən müddətin üzərinə bank tərəfindən avtomatik olaraq 3 ay hədiyyə edilir. Məsələn, müştəri geyim mağazasında ödənişi 2 aya bölmək istədikdə bu müddət 5 aya, elektronika mağazasında 12 ayı seçdikdə isə 15 aya qədər uzadılır ki, bu da aylıq ödəniş yükünü əhəmiyyətli dərəcədə azaldır. Üstəlik bu zaman heç bir komissiya tətbiq edilmir.

Hər bir müştərinin məhdudiyyətsiz sayda yararlana biləcəyi bu kampaniya, bayram alış-verişini həm partnyorlar, həm də kart sahibləri üçün daha rahat və əlçatan etmək məqsədi daşıyır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости