AMB "Paşa Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimə etdi

AMB "Paşa Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimə etdi
18.03.2026 17:25 Финансовые

Azərbaycan Mərkəzi Bankı (AMB) "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

TodayPress TV bu barədə AMB-yə istinadən xəbər veerir.

Məlumata görə, məsafədən aparılan nəzarət tədbirləri çərçivəsində "İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"nın müvafiq tələblərinin pozulması aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən "PAŞA Kapital İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi 600 manat cərimə edilib.

Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости