Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı

Bakıda "Tacik tikmə dünyası" adlı sərgi açıldı
26.09.2025 02:23 Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil edilən "Tacik tikmə dünyası" adlı sərginin açılışı olub.

TodayPress TV xəbər verir ki, sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və nəfis tikmələr nümayiş olunub.

Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycanda ilk dəfə nümayiş etdirilir.

Ekspozisiyaya Tacikistan Milli Muzeyinin qızıl fondundan seçilmiş 56 unikal eksponat – örtüklər, çakan geyimlər, namazlıqlar, yastıq üzləri, kişi bel yaylıqları, dəstərxanlar və digər ənənəvi tikmə nümunələri daxildir. Sərgidə rəng çalarlarının və naxışlarının zənginliyi ilə seçilən, tacik tikməsinin nadir nümunələrindən olan süzənilər də xüsusi yer tutacaq.

Tacik tikmələrini rəngli və həndəsi ornamentlər, epiqrafik motivlər və kalliqrafik yazılarla bəzəyir. Onların üzərindəki hər bir naxışın - nar çiçəyi, lalə, söyüd yarpağı, günəş, ay, ulduz, tovuzquşu quyruğu, hibiskus kimi təsvirlərin öz mənası var. 2018-ci ildə Tacikistanın "Çakan" tikmə sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir. Bu layihə mayın 20-də Düşənbədə keçirilmiş "Azərbaycanın milli irsi incəsənət incilərində yaşayır" sərgisinin davamı kimi qarşılıqlı mədəni mübadilə ənənələrinin davamıdır.

Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon, Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan Parlamentlərarası Qrupunun rəhbəri Aydın Mirzəzadə, Tacikistan Milli Muzeyinin direktoru İbrohimzoda Zafarşo Safa və digər rəsmi şəxslər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin incəsənət ustalarının çıxışları, o cümlədən musiqi nömrələri və rəqslər nümayiş olunub. Gülcanaq Məmmədova "Shodu-shod" tacik mahnısını, Firuzə Curayeva isə "Skertso" bəstəsini ifa edib.

Sərginin məqsədi təkcə Tacikistanın sənət xəzinələrini nümayiş etdirmək deyil, həm də iki ölkə arasında mədəni körpüləri gücləndirmək, incəsənət və tarix sahəsində qarşılıqlı anlaşma və əməkdaşlığı dərinləşdirməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 Bütün Xəbərlər