Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək

Yanvarın 9-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, qəbulda qəbulunda iştirak etmək istəyənlər DAİM-ə (050-5159841) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости