Aqrar Xidmətlər Agentliyi SAT-1 serotipinə qarşı mübarizəyə start verdi

Aqrar Xidmətlər Agentliyi SAT-1 serotipinə qarşı mübarizəyə start verdi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) dabaq xəstəliyinin ölkəmiz üçün xarakterik olmayan SAT-1 serotipinə qarşı tədbirlərə başlayıb.

TodayPress TV xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST/WOAH) birgə məlumatına əsasən, dabaq (Foot-and-Mouth Disease–FMD) xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1 (Southern African Territories) serotipi son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.

Bu səbəbdən FAO və ÜHST müvafiq ölkələrə bio­təhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirlərinin gücləndirilməsini, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib.

Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq AXA builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alıb və aidiyyəti qurumlarla razılaşdılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlayıb.

Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvənd vasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyu ərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə işlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.

AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootik sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости